Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tək1 [tək] sifət

1. Qoşa bədən üzvlərindən hər biri (əsasən o biri üzv şikəst olduqda işlənilir). □ Xosrovun tək gözü təlaş içində parıldayır, o, qardaşı Sultanı arzulayırdı. (S.Rəhimov)
2. Say kimi: təkcə, bircə, bir, ancaq bir, yeganə. □ Tək əldən səs çıxmaz. (Atalar sözü)
3. Köməksiz, arxasız, yalnız, yalqız.
4. Zərf kimi: köməksiz, arxasız, yalnız, yalqız. □ Mərd igid tək qalmaqdan qorxmaz. (Atalar sözü)
5. Ancaq, yalnız, yalqız, təkcə, başqaları olmadan, təkbaşına.
6. Zərf kimi: ancaq, yalnız, yalqız, təkcə, başqaları olmadan, təkbaşına. □ Yeməyini yalqız yeyən yükünü tək qaldırar. (Atalar sözü)
7. Ədat kimi: “ancaq”, “yalnız”, “təkcə” mənasında. □ Qurd sürüyə gələndə, tək qoyunlunun qoyunun aparar. (Atalar sözü)
8. Qoşma kimi: bənzərlik, oxşarlıq bildirir: ...kimi. □ Yandırıb-yaxdı məni; Dağ-daşa çaxdı məni; Mərd bilib arxalandım; Namərd tək yıxdı məni. (Bayatı)

tək2 [tək] isim

Dib; dərinlik, alt. □ Mən cəhənnəmə daxil olanda haman quyunun təkindən “vay, dədəm vay” naləsi eşitdim. (Ə.Haqverdiyev)

tək3 [tək] qoşma

Cümlədə adətən feildən sonra gələrək, haqqında danışılan işin dərhal baş verdiyini bildirir: ...kimi. □ Bu məktubu alan tək; Biz tərəfə bir baş çək; Çiçək çağırır çiçək; Hey qarışır sel selə; Naz eyləyir gül gülə; Göy gölə gəl, Göy gölə. (Aşıq mahnısı)

Həmçinin bax:

frazeologizm: Allah tək yaradıb frazeologizm: iki cüt, bir tək frazeologizm: sözün təkinə getmək frazeologizm: üç cüt, bir tək Azərbaycan dilinin izahlı lüğəti