1. Cür, üsul, qayda, yol. □ Nə təhər adamdır? Bu təhər hərəkət etmək olmaz.
2. Qoşma kimi: kimi, bənzər, oxşar. □ Atdım atana; Dəydi adama; Ucu şiş neştər; Uzunca təhər. "Nizə" (Tapmaca).
3. Xarici görünüş, görkəm (çox vaxt istehza, mənfilik çaları ilə).
4. İmkan, həvəs, arzu. □ Onlara getməyə təhərim yoxdur.
Qeyd: ... təhər. Mürəkkəb sifətlərin ikinci tərkib hissəsi olub təxminlik bildirir – ...kimi, azacıq..., bir az... Qırmızıtəhər rəng. Acıtəhər dad.