Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tıxanmaq [tıxammax] feil

1. Nəfəs ala bilməmək, nəfəsi kəsilmək, nəfəsi tutulmaq. □ ..Aşağıya getmək çox çətindir, neftin qoxusundan nəfəs tıxanır. (A.Şaiq).
2. Yapışan, özlü, qəliz, qatı bir şeyin içinə batmaq. □ ..Bir yerdə xırtdəyədək tıxandıq .. (C.Cabbarlı).
3. Dar, darısqal bir yerdə yerləşmək. □ Qonaqlar Səfərin xatiri üçün bu dar, çubuq otağa tıxanıb qalmışdılar. (Y.V.Çəmənzəminli).

Azərbaycan dilinin izahlı lüğəti