1. Süni vasitələrlə torpağı, yeri islatmaq, nəmləndirmək. □ Əkin sahələri sulanıb.
2. Su səpilmək, su çilənmək. □ Həyət sulandı. Küçə sulanıb.
3. Dəymək, yetişmək, sütülləşmək, su (şirə) salmaq. □ Armudlar sulanıb.
4. Su salmaq, şirəsi çıxmağa başlamaq. □ Kabab yavaş-yavaş sulanır bu an; Ağ lavaş qoyulub yaşıl süfrəyə. (H.Hüseynzadə).
5. Yaşarmaq. □ Anıb o günləri fikri dolandı; Sinəsi atlandı, gözü sulandı. (H.K.Sanılı).
Həmçinin bax: