Tropik qurşaqla mülayim qurşaqlar arasında – Şimal yarımkürəsində təxminən 30°-40° şm.e.-lərində, Cənub yarımkürəsində 30°-40° c.e.-lərində yerləşən iki coğrafi qurşaq.
Cənubi Avropa, Orta Şərq və Şərqi Asiyanın bir hissəsi, Şimali və Cənubi Afrika, Cənubi Avstraliya, Cənubi və Şimali Amerikanın mərkəzi hissələri bu qurşaqlarda yerləşir. S.Q. mülayim (qışda) və tropik (yayda) termik rejimlə səciyyələnir, həmişəyaşıl subtropik meşə və kolluqlar, qarışıq musson meşələri, meşə-çöl, yarımsəhra və səhra tipli təbii zonalara malikdir.
Coğrafiya terminləri lüğəti