Reklam
Reklam

Tarix terminləri lüğəti

stalinizm

SSRİ-də İosif Stalinin (1879–1953) hakimiyyəti dövründə mövcud olmuş repressiv siyasi sistem; Stalin və tərəfdarları tərəfindən həyata keçirilən ideologiya və siyasət.

S.-in əsasında bütün hakimiyyət səlahiyyətlərini öz əlində cəmləmiş rəhbərin despotizmi durur. Dövlət və cəmiyyətin idarə olunmasında avtoritar metodların hökmranlığı, kommunist partiyası və dövlət orqanlarının faktiki çulğalaşması, siyasi rəhbərlik üzərində nəzarətin yoxluğu, cəmiyyət üzərində isə sərt ideoloji nəzarət, vətəndaşların elementar hüquq və azadlıqlardan məhrum olunması, güc strukturlarının özbaşınalığı və s. S.-in ən səciyyəvi cəhətləri sayılır. XX əsrin 20-ci illərinin sonunda formalaşan S. 50-ci illərin ortalarına kimi davam edib və milyonlarla insanın məhvinə səbəb olub.

Tarix terminləri lüğəti