1. Hər hansı bir şeyin üst qabığını, dərisini çıxartmaq, yapışdığı yerdən qoparmaq, aralayıb götürmək. □ Alma soymaq.
2. Kəsilmiş heyvanın dərisini çıxartmaq. □ Qoyun soymaq.
3. Məcazi mənada: bütün var-yoxunu əlindən almaq; çapmaq, talamaq. □ ...bəs sən Əylis ermənilərini soyub, ipəklərini aparanların yoldaşı deyilsən? (M.F.Axundzadə).
Həmçinin bax: