1. Havaya atmaq, sovurucu maşın vasitəsilə dəni samandan, zibildən təmizləmək. □ Bir azdan Dəmirov şana ilə taxılı sovurmağa başladı. (S.Rəhimov).
2. Havaya qaldırmaq, səpələmək, dağıtmaq. □ Hərdən külək qalxır, yerdən qarı qapıya sovurur; Gəlib-gedən insanların üz-gözünü qovurur. (A.Səhhət).
3. Məcazi mənada: hədər yerə, boş-boşuna xərcləmək, puç etmək; israfçılıq etmək.
4. Məcazi mənada: yağdırmaq, demək. □ ...Bir gün böyük bir izdihamın səni söyərək, lənətlər sovuraraq, səni daşladığını gördüm. (C.Cabbarlı).
Həmçinin bax: