Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropada məskunlaşmış, dil və qismən mənşə qohumluğu olan xalqlar qrupu.
S. haqqında ilk məlumatlara VI əsrin əvvəllərinə aid Bizans mənbələrində rast gəlinir. Həmin qaynaqlarda S. “sclavus” adlandırılır ki, bu da yunanca “qul, kölə” anlamını verir. S.-ın Mərkəzi və Şərqi Avropada məskunlaşması da VI əsrə aid edilir. Onlar üç böyük qrupa bölünürlər: qərbi S. (çexlər, polyaklar, slovaklar və s.); cənubi S. (serblər, xorvatlar, slovenlər, makedonlar və s.); şərqi S. (ruslar, belaruslar və ukraynalılar). S. hind-Avropa dil ailəsinə daxil olan slavyan qrupu dillərində danışırlar.
Tarix terminləri lüğəti