Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

siyrilmək [siyrilməx'] feil

1. Dərisi soyulmaq, dərisi qopmaq. □ Yerə dəyib dizi siyrildi.
2. Sürtünüb getmək, yeyilmək. □ Əyilmiş çəkmənin nalı, dabanı; Siyrilib papağın o yan-bu yanı. (H.K.Sanılı). 
3. Qınından çıxarılmaq. □ Qılınclar siyrildi.
4. Sürüşmək, sürüşüb düşmək. □ ...Sona da indi dönüb bayaqkı yerində dayanmış, başından siyrilib çiyninə düşən ağ torunun ipək saçları ilə oynayırdı. (Ə.Əbülhəsən).
5. Bir şeyin arasından, altından görünmək, bir şeyi yararaq çıxmaq. □ Üçgünlük ay bulud bölüyünün altından siyrilib çıxırdı. (B.Bayramov).

Azərbaycan dilinin izahlı lüğəti