Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

siyirmək [siyirməx'] feil

1. Şiddətlə toxunaraq, sürtünərək üzərindən qoparmaq, soymaq, aparmaq, cızmaq, qabığını çıxartmaq. □ Daş dizimi siyirdi. Ağac qolumu siyirdi.
2. Qabda qalan yemək qalığını çörək və ya barmaqla silib təmizləmək. □ Boşqabı siyirmək. Qazanın dibini siyirmək. Nimçədəki xörəyi siyirmək.
3. Qınından çəkərək çıxarmaq. □ Xəncəri siyirmək. Qılıncı siyirmək. 
4. Məcazi mənada: ölümlə hədələmək, öldürməyə amadə olmaq. □ İndi azar soxulub; İliyinə, qanına; Ölüm qılınc siyirib; Həyat qəhrəmanına. (R.Rza).
5. Əynindən sürüşdürüb salmaq, çıxartmaq. □ Köynəyini siyirib yatağın üstünə atdı. 
6. Üzüb atmaq, kəsmək. □ ...belindəki xəncərini çəkib xoruzun başını siyirdi. (S.Rəhimov).

Azərbaycan dilinin izahlı lüğəti