Reklam
Reklam

Tarix terminləri lüğəti

sipahi

fars. – döyüşçü, əsgər

1. Osmanlı imperiyasında hərbi xidmətə görə sultandan torpaq payı alan və bunun müqabilində müəyyən miqdarda süvari əsgər saxlayaraq dəstəsi ilə yürüşlərdə iştirak edən hərbi-len sahibi.

XV–XVI əsrlərdə S.-lər türk ordusunun əsas hissəsini təşkil ediblər. Formal olaraq S. institutu hərbi-len sisteminin ləğvinə kimi (1834) mövcud olub.

2. Osmanlı imperiyasında XV–XVIII əsrlərdə daimi qoşunların süvari dəstələrində xidmət edən və bunun müqabilində dövlətdən maaş alan əsgər.

3. Hindistanda Avropa (portuqal, fransız və əsasən, ingilis) müstəmləkəçilərinin yerli əhalidən təşkil etdikləri qoşunlarda xidmət edən muzdlu əsgər.

Tarix terminləri lüğəti