yun. synoptikos – hər yeri müşahidə edə bilən + yun. meteeoros – hava hadisələri + yun. logos – elm, təlim
Hava proqnozu üsullarını işləyib hazırlamaq məqsədilə hava şəraitini, onun dəyişməsinə təsir göstərən atmosfer proseslərini öyrənən elm sahəsi, meteorologiyanın bir bölməsi.
S.M. geniş sahələri əhatə edən və atmosferin ümumi dövranının tərkib hissəsi sayılan proseslərin tədqiqi ilə məşğuldur.
Coğrafiya terminləri lüğəti