Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

silmək [silməx'] feil

1. Dəsmal və s. ilə qurulamaq. □ Əl-üzünü silmək. Bədəni silmək. 
2. Əsgi və başqa bir şeylə silib çirkini və s.-ni təmizləmək. □ ...uşağın əlindəki taqalaq çörəklərin hərdən biri düşürdü yerə, arvad qaldırıb, tozunu silib verirdi uşağa. (C.Məmmədquluzadə). 
3. Pozmaq, üstündən xətt çəkmək, çıxarmaq. □ Siyahıdan silmək. Dəftərdən adını silmək. 
4. Məcazi mənada: unutmaq, xatirindən çıxartmaq. □ O ilin yay tətilini bitirərək şəhərə qayıdıb işlərimə başlayınca Ceyranı tamamilə xatirimdən sildim. (S.Hüseyn).

Həmçinin bax:

frazeologizm: ayağından silmək frazeologizm: beynindən çıxarmaq (silmək) frazeologizm: ləkəni silmək frazeologizm: nəslini yer üzündən silmək Azərbaycan dilinin izahlı lüğəti