Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

silkinmək [silkimməx'] feil

1. Silkənərək üstündəki tozu-torpağı və s.-ni düşürmək. □ ...divarın dalına çəkilib silkinər, ətəklərini çırpıb tez qaçardı. (Mir Cəlal).
2. Bütün bədəninin cəld hərəkəti ilə üstündəki şeydən azad olmağa çalışmaq; çırpınmaq. 
3. Məcazi mənada: hərəkətə gəlmək, ayılmaq (adətən köməkçi feillərlə). □ Silkin, qoy dağılsın başının üstdən; Sənə gün verməyən qara buludlar. (S.Rüstəm).

Azərbaycan dilinin izahlı lüğəti