Reklam
Reklam

Tarix terminləri lüğəti

seym

pol. sejm, lit. saimas, çex. snem – yığıncaq

1. Orta əsrlərdə Polşa və Litvada (birləşmiş Polşa-Litva dövləti – Reç Pospolitada), XIII əsrdən XX əsrin əvvəlinədək Çexiyada silki nümayəndəli dövlət orqanı.

2. Muxtariyyət hüququnda Rusiya imperiyasının tərkibinə daxil olan Böyük Finlandiya knyazlığında (1809–1917) parlamentin rus dilində adı.

3. Litvada (1922–1940-cı illərdə və 1992-ci ildən sonra), Latviyada (1922–1934-cü illərdə və 1993-cü ildən sonra), habelə Polşada (1947–1989-cu illərdə) parlament.

Polşada 1922–1939-cu illərdə parlamentin aşağı palatası S. adlanıb, 1989-cu ildən bu ad həmin palataya qaytarılıb.

Tarix terminləri lüğəti