Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

sevda ərəb

Eşq, məhəbbət; həvəs, arzu.

Desələr: Qurbani, bu nə sevdadı?

Söylə: bir Pərinin yadigarıdı.

                                      (“Qurbani”)

Dərdli Kərəm bu eşq ilə bişmişdi,

Sevda üçün can-başından keçmişdi;

Əsli, keşiş xoy üstünə köçmüşdü,

Yol verməyin, başı dumanlı dağlar!

                                        (“Əsli və Kərəm”)

Koroğlu mərdliyi qala dünyada,

İgid gərək başda sevda qaynada,

Dava günü sər meydanda oynada,

Meydannan qaçana namus, ar olsun!

                                      (“Koroğlunun qocalığı”)

Azərbaycan dastanlarının leksikası