Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

say1 [say] isim

1. Ədəd, rəqəm. Sayı yadda saxlamaq. Sayı öyrənmək.

2. Miqdar, kəmiyyət. ... Şükürlər olsun, gəldikcə ziyalılarımızın sayı artır, onları bir göndər, yanıma gəlsinlər, bir söhbət edək. (Ə.Haqverdiyev).

3. Məcazi mənada: sayılan, seçilən, hörmətli. Sən ulduzsan, mən ayam; Say quşlardan mən sayam; Məcnun kimi gəzərəm; Leyli müştağındayam. (Bayatı).

say2 [say] isim türk

1. Coğrafiya. Müvəqqəti su axınının qurumuş yatağı.

2. Coğrafiya. Orta Asiya və Qazaxıstan səhralarında yarğan və dərələr.

Həmçinin bax:

frazeologizm: başının tükünün sayı qədər jurnalistika: nəşrin sayı jurnalistika: sıfırıncı say Azərbaycan dilinin izahlı lüğəti