Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

sayılmaq [sayılmax] feil

1. Hesablanmaq, sayı, ədədi bilinmək. □ Kitablar sayılıb qurtardı. Siyahılar sayıldı.

2. Hesab edilmək, bilinmək, ...kimi qiymətləndirilmək. □ ...kəndlilərin içində azadiyyət sözləri danışdığı üçün başqa kənd sahibləri tərəfindən mənfur sayılırdı. (M.S.Ordubadi)

3. Tanınmaq, hesab edilmək. □ Sayılırsan vətən övladlarının bir fərdi; Vətən imdadinə iştə çağırır hər fərdi. (A.Səhhət)

4. Hörməti olmaq. □ O, el arasında ən çox sayılan ağsaqqallardandır.

Həmçinin bax:

frazeologizm: barmaqla sayılmaq frazeologizm: eşşək naxırda baş sayılmır Azərbaycan dilinin izahlı lüğəti