1. Sarı rəng almaq, sarı olmaq. □ Stolların üstünə yığılmış qəzet, jurnallar rütubətdən saralmışdı. (İ.Əfəndiyev).
2. Yetişmək (meyvə haqqında). □ Sonra o ilin payızında ... heyvalar saralanda, dam üstünə qalxmış tənəklərdə ağır üzüm salxımları aşağı asılanda Afaq da ilkini doğdu. (Ə.Məmmədxanlı).
3. Xəzan olmaq, solmaq, soluxmaq. □ Gün altında quruduqca vətən çölləri; Öz vaxtından tez saralır güllər, çiçəklər. (S.Vurğun).
4. Xəstəlikdən, dərddən, həyəcandan, qorxudan və s.-dən üzünün rəngi qaçmaq, solmaq. □ Azardan saralmaq. Qorxudan saralmaq.
Həmçinin bax: