Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

saqqat1

Qazax, Salyan

Sərt (hava).  Buranın qışı çox saqqat olor (Qazax); Saqqat havada quş o:lamağyaxşı olar (Salyan).

saqqat2

Qazax

Xəsis.  Saqqatın malını özgələr yə:r.

saqqat3

Zəngilan

Sözə baxmayan, söz eşitməyən. □ Sən də söz tafşıma: adam tafdın, o, saqqatın biridi.

saqqat4

İmişli

Qoçaq.  Buların bavası həm dö:lətdi oluf, həm saqqat adam.

saqqat5

Qafan, Qarakilsə

Qorxulu.  Bu ağaca çıxma, saqqatdı (Qafan); Solaxayın daşı çox saqqat olar (Qarakilsə); Qatır mimmə, çox saqqatdı (Qafan).

saqqat6

Salyan

Pərt, dilxor. □ Adam borca, xərcə düşsə də, saqqat gəzməməlidi.

Həmçinin bax:

Azərbaycan dilinin dialektoloji lüğəti