1. Düz yoldan çıxıb, sağa və ya sola dönərək başqa bir yola girmək, başqa istiqamət almaq; yolu azdırmaq. □ Atlı çaparaq; Yoldan saparaq; Günbatan tərəfə çapdı atını; Üfüqlər gizlədi o qaraltını. (S.Vurğun)
2. Məcazi mənada: doğru yoldan çıxıb yanlış yola düşmək (çox vaxt “yol” sözü ilə bərabər işlənir). □ .. Sən də onlar kimi sapmış başıboş. (H.Cavid)
Azərbaycan dilinin izahlı lüğəti