1. Bir-birini səsləmək. □ Qızlar bir-biri ilə səsləşdilər.
2. Səs-səsə vermək, səslərini çıxarmaq (çoxları haqqında). □ Zərnişanın eyvanın yarısı boyda düzəltdirdiyi arakəsmə qəfəsdəki toyuqlar da çaxnaşır, səsləşirdi. (B.Bayramov).
3. Məcazi mənada: bir-birinə uyğun gəlmək, daxilən oxşamaq, həmahəng olmaq, müvafiq olmaq. □ Müasir həyatla səsləşən əsər.