1. İynəyarpaqlı, həmişəyaşıl ağac.
2. Bax: sarp. (“Koroğlu” dastanının lüğəti)
Klassik şeirdə uca qamət bu ağaca bənzədilir. Dastanlarda həm həqiqi mənada, həm də məcaz kimi işlədilir.
Xəstə Qasım günü keçmiş qocadı,
Gələn bəzirgandı, gedən xocadı.
Sərv ağacı hər ağacdan ucadı,
Əsli qıtdı, budağında bar olmaz.
(“Qurbani”)
Hayıf ki, o gül rüxsarı saralıb solub. Sərv qəddi əyilib. (“Leyli və Məcnun”)
İki tərlan bir yuvadan,
Kövül heç düşməz havadan,
Ala qaplan sərv qayadan
Baxar buluda, gümrənər.
(M.Elyas. “Nəğmələr kitabı”)
Amma elə boylu-buxunlu, şəstli-bəstli bir qızdı ki, elə bil sərv ağacıdı qalxıb.
(“Koroğlunun Qars səfəri”)
Azərbaycan dastanlarının leksikası