1. Əllərini, barmaqlarını bir şeyin üzərində xəfifcə gəzdirərək onu hamar şəklə salmaq, düzəltmək; tumarlamaq. □ Saqqalını sığallamaq. Saçlarını sığallamaq. Telini sığallamaq.
2. Masaj eləmək, ovmaq. □ Əlacı üzülmüş Nərgiz gah oğlunu dilə tutur, gah qarıya kömək eləyib uşağın qarnını sığallayır. (Ə.Vəliyev).
3. Nəvaziş, mehribanlıq, riqqət, oxşama əlaməti olaraq əlini xəfifcə birinin başına və ya üstünə sürtmək, çəkmək. □ Kosa isə öz işində olmaqla toyuqlardan tutub başını sığallayır və buraxırdı. (S.Rəhimov).
Həmçinin bax: