Reklam
Reklam

Tarix terminləri lüğəti

roman xalqları

Hind-Avropa dil ailəsinin roman dillərində danışan, müxtəlif etnik mənşəyə malik xalqlar qrupu.

R.X.-na aid edilən millətlər – portuqallar, rumınlar, fransızlar, korsikalılar, moldovanlar, asturiyalılar və d. təkcə etnik mənşəcə deyil, həm də bir-birindən xeyli aralı yerləşən coğrafi məkanlarda məskunlaşmaları ilə fərqlənirlər. R.X.-nı birləşdirən yeganə amil – dil birliyi isə onların əcdadlarının Roma imperiyası ərazisində yaşaması və latın dilinin güclü təsiri altına düşməsinin nəticəsidir. R.X.-nın dillərinin latın dili əsasında formalaşması prosesi V–IX əsrlərdə, Roma imperiyasının dağılmasından sonrakı dövrdə baş verib.

Tarix terminləri lüğəti