lat. requisitum – tələb olunan, zəruri
1. Sənədin etibarlı sayılması üçün hüquqi baxımdan zəruri olan məlumatlar toplusu.
Yazılı informasiya sorğusunda belə R.-lərə jurnalistin müraciət etdiyi orqanın adı, habelə onun öz adı, soyadı və ünvanı misal ola bilər.
2. Televiziya verilişində, kino və fotoçəkilişdə studiyada, yaxud pavilyonda, tamaşa zamanı səhnədə tələb olunan zəruri əşyalar.
Çox vaxt həm həqiqi, həm də butafor (süni) əşyalara R. deyilir. Lakin professional mühitdə onları bir-birindən ayırmaq üçün, adətən, məhz həqiqi əşyaları R. adlandırırlar.
Jurnalistika terminləri lüğəti