1. Taxtanı rəndə ilə yonub hamarlamaq, rəndədən keçirmək. □ Bir yanda xarratlar taxta yonub rəndələyir, qapı-pəncərənin çərçivəsini yerinə salır, döşəməni düzəldirdilər. (M.İbrahimov).
2. Məcazi mənada: ora-burasını düzəltmək, yaxşı şəklə salmaq, qaydaya salmaq, abıra salmaq. □ ..Belə çirkin adətləri rəndələmək, özü də əməlli-başlı rəndələmək lazımdır.
3. Məcazi mənada: tərbiyələndirmək; kobud, qaba cəhətlərini bir qədər yumşaltmaq, azaltmaq. □ Zaman onu xamır kimi; kündələdi; Yaman onu rəndələdi... (B.Vahabzadə).
Azərbaycan dilinin izahlı lüğəti