Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qurutmaq [qurutmax] feil

1. İslanmış, yaxud nəmlənmiş bir şeyi quru hala salmaq, rütubətini, yaşlığını, nəmliyini yox etmək. □ Paltarını qurutmaq. Bataqlıqları qurutmaq. 
2. Öz təsiri ilə yandırmaq, soldurmaq, tələf etmək. □ Günəşin istisi bütün bitkiləri qurutmuşdur. 
3. Məcazi mənada: arıqlatmaq, çox zəiflətmək, üzmək. □ Xəstəlik onu tamam qurutmuşdur.
4. Dondurmaq, hissiz bir hala salmaq, keyikdirmək. □ Soyuq bütün bədənimi qurutmuşdur.

Həmçinin bax:

frazeologizm: dənizə getsə, dənizi qurudar frazeologizm: dilini qurutmaq frazeologizm: özünü qurutmaq Azərbaycan dilinin izahlı lüğəti