1. Bir-birini qucaqlamaq, bir-birinə sarılmaq, bir-birini bağrına basmaq; qol-boyun olmaq. □ İki qardaş bir-birini görüncə qucaqlaşdılar.
2. Məcazi mənada: qovuşmaq, bitişmək, birləşmək. □ Get-gedə hava daha da qaranlıqlaşırdı, sanki yerlə göy qucaqlaşırdı. (M.Hüseyn).