lat. granatus – dənəli
Kubik sinqoniyada kristallaşaraq müxtəlif formalı izometrik kristallar, çox vaxt dənəli aqreqatlar, girdə dənələr və s. əmələ gətirən mineral qrupu.
Tərkibindən asılı olaraq rəngsiz, yaşılı-sarı, yaşıl, qonur, çəhrayı, qırmızı, qara və s. rəngdə olur. Kontakt-metasomatik, maqmatik proseslər nəticəsində əmələ gəlir. Əsasən, skarn, qneys və metamorfik şistlərdə, peqmatit damarlarda, nadir hallarda püskürmə süxurlarında olur. Şəffaf, gözəl rəngli növləri qiymətli daş kimi zərgərlikdə, sərt qeyri-şəffaf növləri isə texniki abraziv material kimi işlənir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti