1. Çıxıb getməyə, rədd olmağa məcbur etmək; çıxıb getməsini, rədd olmasını qaba surətdə əmr etmək. □ Evdən qovmaq.
2. Çıxarmaq, xaric etmək. □ İşdən qovmaq. İnstitutdan qovmaq.
3. Bir şeylə, yaxud əl ilə uzaqlaşdırmaq, rədd etmək, çıxarmaq; çıxmağa, dağılışıb getməyə məcbur etmək. □ Milçəkləri qovmaq.
4. Məcazi mənada: qəbul etməmək, geri qaytarmaq, rədd etmək. □ Gələn qonağı qovmazlar.
5. Məcazi mənada: fikrindən, xəyalından çıxarmaq, uzaqlaşdırmaq. □ Pis fikirləri qov getsin.
6. Birinin arxasınca qaçmaq, izləmək, qaçıb getməyə məcbur etmək. □ Ovu qovmaq.
7. Vurmaqla, ya səs çıxarmaqla heyvanı iti getməyə məcbur etmək. □ Atı dördayaq qovmaq.
8. Öz yerindən hərəkət etməyə, bir tərəfə getməyə, qaçmağa məcbur etmək. □ Qazları həyətə qovmaq.
Həmçinin bax: