Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qopmaq [qopmax] feil

1. Dartılmaq, çəkilmək və s. nəticəsində kəsilmək, üzülmək, qırılmaq. □ Paltarın düymələri qopdu.
2. Yapışdığı, bitişdiyi yerdən aralanmaq, ayrılmaq, ayrılıb düşmək. □ Divarın kağızı qopmuşdur.
3. Kökündən çıxmaq. □ Kökündən qopmuş ağac.
4. Bütöv bir şeyin bir parçası ayrılıb (sınıb) düşmək.
5. Birdən və şiddətlə başlamaq, zahir olmaq, eşidilmək. □ Vəlvələ qopdu.
6. Qalxmaq. □ Ata oğlunu belə görəndə sinəsindən odlu bir fəryad qopdu. (M.Rzaquluzadə).

Həmçinin bax:

frazeologizm: kreslodan yapışmaq (qopmamaq) frazeologizm: qiyamət qopmaq frazeologizm: mərəkə qopmaq frazeologizm: ürəyi qopmaq (qırılmaq) frazeologizm: ürəyi yerindən qopmaq frazeologizm: yerindən qopmaq Azərbaycan dilinin izahlı lüğəti