Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qayırmaq [qayırmaq] feil

1. Emal etmək, hazırlamaq, istehsal etmək. □ Süddən pendir qayırırlar.

2. Bina etmək, qurmaq, tikmək. □ ... Təndirxana uçmuşdu, onu qayırmışam. (N.Vəzirov).
3. Düzəltmək, təşkil etmək. □ Özünə hər tərəfdən təzyiq etdilər axırda da evini alıb, klub qayırdılar. (B.Talıblı).
4. Hazırlamaq, düzəltmək, qurmaq. □ Ay uşaq, cəld bir ocaq qayırın, qəhvə içək, – dedi.(Y. V. Çəmənzəminli).
5. Təmir etmək, əyər-əskiyini, çatışmayan yerlərini düzəltmək. □ Damın axan yerini qayırmaq.
6. İş görmək, bir işlə məşğul olmaq; etmək, bacarmaq, əlindən gəlmək. □ Bu ayıqlığın qabağında qayıra bilərdi? (Ə.Əbülhəsən).

Azərbaycan dilinin izahlı lüğəti