Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qatar1 [qatar] isim

1. Bir-birinin ardınca sıralanmış heyvanlar düzümü; qafilə, karvan; ümumiyyətlə, bir-birinin ardınca düzülmüş şeylər sırası; cərgə, sıra, səf. □ Durna qatarı. Dəvə qatarı.

2. Zərf kimi: qatarla, sıra ilə, cərgə ilə. □ Qatarla düzülmüş küknar ağacları asta-asta yırğalanır. (O.Sarıvəlli).
3. Dəmiryol vaqonları düzümü. □ Yük qatarı. Sərnişin qatarı.
4. Bir qayış üzərinə düzülmüş patron sırası; patrondaş. □ Kəmərlərində qılınclar, çiyinlərində tüfəng; Boyunlarında həmayil, iki qatar da fişəng. (A.Səhhət).

qatar2 [qatar] isim ərəb

Musiqi. Azərbaycan klassik muğamlarından birinin adı; kiçik həcmli vokal-instrumental muğam. □ Qatar üstə oxumaq. Qatar rəngi.

Həmçinin bax:

frazeologizm: qatardan indi düşmək Azərbaycan dilinin izahlı lüğəti