Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qanadlanmaq [qanatdammax]

1. Qanad çıxarmaq, qanadı çıxmaq, pərvazlanmaq. □ Çəyirtkə qanadlanınca qarşısını almaq çətin olur. 

2. Uçmaq, qanad açmaq, qanad çalıb uçmaq. □ Göyərçin qanadlanıb uçdu.
3. Yellənmək. □ ..Qanadlanan kəlağayı qara saçlarla birlikdə yellənir.. (Y.V.Çəmənzəminli).
4. Məcazi mənada: son dərəcə sevinmək, ruhlanmaq, həvəslənmək, ürəklənmək. □ Yenə könlümdə qanadlandı sevinc. (M.Müşfiq).
5. Məcazi mənada: yüksəlmək, inkişaf etmək. □ C.Cabbarlının dramatik istedadı .. bütün vüsəti ilə inkişaf edib qanadlandı. (M.İbrahimov).
6. Məcazi mənada: üzərinə cummaq, şığımaq.

Azərbaycan dilinin izahlı lüğəti