Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qəza1 [qəza] isim ərəb

1. Bədbəxt hadisə, fəlakət. □ Dəmiryol qəzası. Qəzaya uğramaq.

2. İşlərkən sınma, xarab olma. □ Borular qəzaya uğradı.
3. Qəziyyə, gözlənilməz hadisə, vaqiə, əhvalat. □ Əgər bir kəsin belə bir qəza başına gəlsə, durmuyub gəlsin mənim yanıma. (C.Məmmədquluzadə).
4. Qismət, tale, müqəddərat, qədər. □ Fəda o qamətə kim, qəza nə xoş çəkmiş. (X.Natəvan).

qəza2 [qəza] isim ərəb

1. Tarix. 1917-ci il rus inqilabından qabaq quberniya və ya başqa böyük inzibati-ərazi vahidi tərkibində və SSRİ-də rayon bölgüsünə qədər olan inzibati-ərazi vahidi. □ Qəza naçalniki.

2. Qəza mərkəzi mənasında. □ Qəzadan gələn işçi nitqlər söyləyirdi, ... (B.Talıblı).

Həmçinin bax:

frazeologizm: başına qəza gəlmək Azərbaycan dilinin izahlı lüğəti