Reklam
Reklam

Azərbaycan dastanlarının leksikası

qəfilə ərəb

Birlikdə yol gedən atlılar və s. dəstəsi; karvan.

Qəflə-qatır şəklində də işlənir.

Necə tab gətirim mən belə dağa?

Vüsalında yaman düşdüm irağa,

Yükləndi qəfiləm, yollandı dağa,

Heyif ki, zəhmətim tez hədər oldu.

                           (“Dilsuz və Xəzangül”)

                                                                    *

Həmin yerdə qəflə-qatırı əyləyib, istirahətə məşğul oldular. (“Qulam-Kəmtər”)

                                                                    *

Söz tamama yetdi. Seydini atdılar quyuya. Bir neçə gün Seydi suyun içində qaldı. Əhməd adlı bir tacir gəlib bu quyudan bir az kənarda qətlə-qatırı əyləndirmişdi. (“Seydi və Pəri”)

                                                                    *

Bir də gördü ki, sabaha yaxın qəflə-qatırın ağzı açıldı. (“İrvahım”)

Azərbaycan dastanlarının leksikası