Asiyada məskunlaşmış qədim türk xalqlarının dili.
Q.T.D. V–X əsrləri əhatə edən dövr üçün səciyyəvi olub. Həmin dövr şərti olaraq 3 mərhələyə bölünür:
1) türküt, yaxud göytürk (V–VIII əsrlər);
2) qədim uyğur (VIII–IX əsrlər);
3) qədim qırğız (IX–X əsrlər).
V əsrdən başlayaraq Q.T.D.-ndə zəngin yazılı mətnlər mövcuddur. Bu mətnlər aşkarlandığı yerin adı ilə Orxon-Yenisey abidələri adlanır. Yenisey və Orxon abidələri arasında müəyyən fərqlərin olmasına baxmayaraq, həmin mətnlər Q.T.D.-nin, əsasən, yazılı dil halında formalaşdığını sübut edir.
Tarix terminləri lüğəti