Reklam
Reklam

Tarix terminləri lüğəti

qəbilə icması

Tarixən insanların ilk sosial təşkilatlanma forması.

Q.İ.-nda qan qohumluğuna malik insanlar birləşiblər. Onların birliyi kollektiv əməyə, kollektiv istehlaka, torpaq və əmək (ov) alətləri üzərində ümumi mülkiyyətə əsaslanıb. Çünki həmin dövrdə iri heyvanların ovlanması, meşələrin təmizlənməsi, primitiv əmək alətləri ilə əkinçilik böyük kollektiv səylər tələb edib. Lakin metal alətlərin, ilk növbədə, dəmir gavahın, toxa, bel və baltanın, habelə ox və kamanın, polad silahların meydana gəlməsi ilə belə kollektiv səylərə ehtiyac azalmağa başlayıb. Bu da Q.İ.-nın tədricən qonşuluq icması ilə əvəzlənməsi prosesinə təkan verib. Q.İ.-nda sosial bərabərliyin hökm sürdüyü güman edilir.

Həmçinin bax:

Tarix terminləri lüğəti