Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

qıvrılmaq [qıvrılmax] feil

1. Qıvrıq hala gəlmək, qıvrıq şəkil almaq; burulmaq, buruq-buruq olmaq. □ Saçları qıvrılmaq.

2. Təşbehlərdə qıvrıq hala gəlmək, qıvrıq şəkil almaq; burulmaq, buruq-buruq olmaq. □ Hər zaman kim, həlqeyi-zülfi-kəcin yad eylərəm; Qıvrılıb əfi kimi yüz ahü fəryad eylərəm. (S.Ə.Şirvani).
3. Halqa şəklində burulmaq, bükülmək, büzüşmək, yaxud bir tərəfdən o biri tərəfə əyilmək. □ İlan qıvrılıb yatmışdı.
4. Qatlanmaq, bükülmək, bürüşmək, büzüşmək. □ Soyuqdan yarpaqlar qıvrılmışdır.
5. Ağrıdan, sancıdan, hirsdən və s. əyilib bükülmək, yığılmaq, büzüşmək (bədən haqqında).
6. Məcazi mənada: əziyyət çəkmək, əzab çəkmək, iztirab çəkmək. □ Fikirdən qıvrılmaq.
7. Düz olmayan, əyri-üyrü, dalğavarı şəkildə uzanıb gedən şey haqqında. □ Uzaqdan qıvrılıb gələn yol.

Azərbaycan dilinin izahlı lüğəti