1917–1923-cü illərdə bolşeviklər tərəfindən sovet rejiminin əleyhdarlarına qarşı həyata keçirilən genişmiqyaslı cəza tədbirləri kompleksi.
Q.T. bolşevik hökumətinin dövlət səviyyəsində gerçəkləşdirdiyi repressiya siyasətinin tərkib hissəsi olub təkcə antibolşevik qüvvələrin deyil, həm də dinc əhalinin gözünü qorxutmaq məqsədi güdüb. O həm qanunvericilik aktları vasitəsilə, həm də qanundankənar üsullarla həyata keçirilib. “Q.T. haqqında” dekret 1918-ci il sentyabrın 5-də verilib, lakin bolşeviklər siyasi rəqiblərinə qarşı terrordan bundan xeyli əvvəl istifadə etməyə başlayıblar. 1920-ci ilin aprel işğalından sonra Azərbaycanda da Q.T. tətbiq olunub. Təkcə 1921-ci ilin avqustunadək burada 48 min insan Q.T.-un qurbanına çevrilib.
Tarix terminləri lüğəti