1. Xəncər, qılınc və s. kəsər silahları qoymaq üçün qab. □ Almurad baba.. dəri qından bir qəmə çıxarıb satıla çəkdi. (İ.Əfəndiyev).
2. Bir şeyin d... Ətraflı
Xəncər, qılınc, və s. silahları qoymaq üçün qab. (“Koroğlu” dastanının lüğəti)
Əlimdən gələrsən cana,
Misri qılınc sığmır qına.
Çəksəm boyanarsan qana,
Tök malını, get bəzirgan!...
... Ətraflı
Lobyanın, fındığın yaşıl üst qabığı. □ Sən lovyanın qının təmizdə, mən də hindi gəlirəm (Zaqatala); Lövyəni dənəliyif qınını mala verillər, mal yiyir; Fındıx kal olanda qınınnan çıxmaz (Şəki).... Ətraflı
Çevrə, dairə. □ Gəl qın çək, maqqulı oynıyağ.... Ətraflı
Qınağ eləmax: danlamaq, məzəmmət etmək. □ Qınağ eli:llərdi ki, baramanı yaxşı işdəməmisən (Şəki).... Ətraflı
Məzəmmət etmək, danlamaq, təqsirləndirmək, töhmətləndirmək. □ Ey məni qınayan, ağlama, deyib; Ağlar yarı gedən bəs ağlamazmı? (M.V.Vidadi).... Ətraflı
“Cəzlandırmaq” anlamında işlədilib, düzəltmə feildir. Qın sözü mənbələrdə ruscaya “упрекать” kimi tərcümə olunub. -a feil düzəldən şəkilçidir. Qın həm də xəncər qılafıdır: qınamaq “qına salmaq, “yerini dar eləmək” deməkdir. Bir vaxt türmə sözünün sinonimi kimi qınlıq (qıyınlıq) kəlməsi də işlədi... Ətraflı
Məzəmmət edilmək, danlanmaq; təqsirləndirilmək, töhmətləndirilmək.... Ətraflı
Qınama, danlama, məzəmmət, töhmət, danlaq. □ Qorxmamışıq dost görünən düşmənlərin qınağından. (R.Rza).... Ətraflı
Naz, qəmzə, işvə, özünü əzib-büzmə. □ Qıncla ağız büzmək.... Ətraflı
Naz, qəmzə. □ Kiprigin ox kimidi, qaşın qılınc, Bu nə işvədir edirsən, bu nə qınc?... Ətraflı
Gərnəşmək. □ Adam adam olan yerdə qıncammaz; Nə qıncanırsan belə?... Ətraflı
məc. Naz etmək. □ Yaman qıncanırsan a:, gənə no:lub belə? (Bakı); Qolunda var mərcanı, Əl vurmamış qıncanı (Şamaxı).... Ətraflı
Güc sərf etmək, gücə salmaq. □ Çox qıncamma, ürəg-göbəgün düşər.... Ətraflı