Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

qımılmax1

Cəbrayıl

Tərpənmək, hərəkət etmək. □ Qımıl görəx' neyniyəssən.

qımılmax2

Borçalı, Cəbrayıl, Çənbərək, Meğri, Zəngilan

Qaçmaq.  Mən elə qımıldım kin, heç kəs dalımnan tutammadı (Borçalı); Burdan qımıl, heç kim görməsin səni (Çənbərək); Gümüş, başa: dönim, qımıl, birpatıl su gəti (Meğri); Qımıl, əvdən kərəntiyi gəti ma: (Zəngilan); İsrafil dükana qımıldı (Cəbrayıl).

Azərbaycan dilinin dialektoloji lüğəti