1. Coğrafiya. Qoyun və başqa ev heyvanlarının gətirilib saxlandığı mötədil havalı və otlaqlı qışlama yeri. □ Heyvanlar yaylaqdan qışlağa köçdü.
2. Qışı keçirmək üçün bina və s. olan yer; oba, kənd. □ Küləkli qar, yağış yağar uzun-uzadı yaylağa; Köçər o vaxt el-oba, enər tamami qışlağa. (A.Səhhət).
3. Məcazi mənada: yurd. □ Bir vətən eşqilə Mildə, Muğanda; Min bir oba qurub, qışlaq saldınız. (S.Vurğun).
Azərbaycan dilinin izahlı lüğəti