Reklam
Reklam

Tarix terminləri lüğəti

prezident

lat. praesidens – hərfi mənası: öndə oturan, başda oturan

1. Respublika formalı ölkələrdə dövlət başçısı.

Parlamentli respublikalarda (İtaliya, Almaniya, Hindistan, Livan) P. konstitusiya ilə müəyyən olunmuş müddətə parlamentin özü və ya onun tərkib hissəsi olan kollegiya tərəfindən seçilir. Prezidentli respublikalarda isə dövlət başçısı birbaşa (Fransa, Rusiya, Azərbaycan, Ukrayna), yaxud dolayı (ABŞ, Argentina) ümumxalq seçkiləri yolu ilə bu vəzifəyə gəlir, onun əlində daha geniş səlahiyyətlər cəmlənir.

2. Bir sıra ictimai, beynəlxalq, elmi və s. təşkilatlarda, idarələrdə seçkili rəhbər; məs.: Elmlər Akademiyasının P.-i, futbol klubunun P.-i.

Tarix terminləri lüğəti