XX əsrin ikinci yarısında fəlsəfə, incəsənət və ədəbiyyatda yaranmış cərəyan.
P. hər kəs tərəfindən qəbul edilmiş milli-mənəvi dəyərləri və hər cür ehkamı rədd edir. Burada yazıçı bir birlik üzvü olmağın, icma qanunlarına riayət etməyin və təşkilatlanmağın əleyhinədir; o öz fərdiliyini qabartmağa çalışır. Postmodernist romanlarda ənənəvi kompozisiya və süjet elementlərinə, ədəbi növ və janr xüsusiyyətlərinə məhəl qoyulmur. Əsərin finalı çox zaman oxucunun öhdəsinə buraxılır. Belə əsərlərdə mövzular, mövqelər bir-birinə qarışır, müxtəlif dini baxışlar, fərqli mədəniyyətlər əks olunur. Zaman və məkan anlayışları klassik və modern ədəbiyyatdakı kimi konkret olmur. Başqa dillə desək, P. sabit ədəbi düsturları inkar edir, sərbəstliyə meyilli olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti