1. Dəmiryol stansiyasında qatarlara minib-düşmək, yük vurmaq və s. üçün hündür səki, meydança. □ Qatar platforması.
2. Kiçik dəmiryol stansiyası; yarımstansiya.
3. Alçaq bortlu üstüaçıq yük vaqonu. □ Təknənin alt qapağı açılaraq torpaq platformaya boşalırdı. (Ə.Sadıq).
4. Hər hansı partiya, qrup və ya ayrı-ayrı şəxslərin siyasi proqramı. □ Seçki platforması.
5. Geologiya. Yer qabığını təşkil edən və zəif tektonik hərəkətə, böyük sahədə nisbətən yastı relyefə malik əsas dərinlik strukturlarından biri.
Həmçinin bax: