1. Coğrafiya. Bir şeyin (yer, tikinti, qurğu və s.-nin), tənasübləri saxlanılmaqla müəyyən masştabda kağız və s. üzərində göstərilən cizgisi. □ Binanın planı. Şəhərin planı.
2. Bir işin nə qaydada, nə kimi ardıcıllıqla və hansı müddətlərdə yerinə yetiriləcəyini və s. qabaqcadan nəzərdə tutan tədbirlər sistemi. □ Xalq təsərrüfatının inkişaf planı. İstehsalat planı.
3. Nəzərdə tutulan, təxmin edilən şey; fikir, niyyət, təxmin, fərziyyə. □ Səfərimizin planı. Səyahət planı.
4. Bir şeyin şərhində müəyyən qayda və ardıcıllıq. □ Dərsin planı. Elmi əsərin planı.
5. Hər hansı bir şeyin perspektivdə (gələcəkdə) nəzərdə tutulan mövqeyi.
6. Zərf kimi məcazi mənada: planda şəklində – bir şəxsin, ya şeyin əhəmiyyətinə, vacibliyinə, lazımlığına görə tutduğu, ya tutacağı mövqeyi, yeri göstərir. □ Planda duran məsələlər.
7. Zərf kimi məcazi mənada: planda şəklində – kinoda şəkillərin böyük, ya kiçik masştabda verilməsi. □ Şəkli orta planda vermək.
8. Zərf kimi məcazi mənada: planda şəklində – nöqteyi-nəzərdən, baxımdan. □ Əsəri nəzəri planda müzakirə etmək.
Həmçinin bax: