Reklam
Reklam

Tarix terminləri lüğəti

piktlər

lat. Picti

Şotlandiyanın qədim əhalisini təşkil edən tayfalar qrupu.

P. romalıların nəzarətində olan Britaniya əyalətlərinə müntəzəm yürüşlər ediblər, IV əsrin 60-cı illərində Londona qədər gedib çıxıblar. Bu tayfalar VI əsrdə xristianlığı qəbul ediblər. IX əsrin ortalarında P. skottlar tərəfindən fəth olunduqdan sonra onlarla qaynayıb-qarışıblar.

Tarix terminləri lüğəti